Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edilib - 15 gün


Digərləri 18 Avq 2018 15:52:00 254 0

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edilib - 15 gün

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edilib.

Bakı. İctimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan şəxs məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qeyd edək ki, bu, N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil. O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib.