"Fitch": Rusiya iqtisadiyyatı ABŞın yeni sanksiyalarının öhdəsindən gələ bilib


Dünya 18 Avq 2018 15:18:00 321 0

"Fitch": Rusiya iqtisadiyyatı ABŞın yeni sanksiyalarının öhdəsindən gələ bilib

Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.

Son.az bildirir ki, bu, "Fitch" Beynəlxalq Reytinq Agentliyinin hesabatında deyilir. Bu barədə Report Rusiya KİV-ə istinadən məlumat yayıb.

Belə ki, "Fitch" Rusiyanın reytinqini "BBB-" səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər.