Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Bakıda restoranda 13 nəfər zəhərlənməsi ilə bağlı birgə məlumat yayıb


Digərləri 18 Avq 2018 15:03:00 228 0

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Bakıda restoranda 13 nəfər zəhərlənməsi ilə bağlı birgə məlumat yayıb

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Bakıda restoranda 13 nəfərin zəhərlənməsi ilə bağlı birgə məlumat yayıb.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Bakıda restoranda 13 nəfərin zəhərlənməsi ilə bağlı birgə məlumat yayıb. Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumata görə, ölkəmizdə qida təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir: "Lakin, bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir. Belə ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında qida təhlükəsizliyinə və istehlakçıların keyfiyyətli qida məhsulları ilə təmin olunmasına məsul olan vəzifəli şəxs və ya şəxslərin öz xidməti vəzifələrinə laqeyd münasibət göstərməsi nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilmişlər.