Emma Ələkbərzadə:


Şou-biznes 18 Avq 2018 14:27:00 253 0

Emma Ələkbərzadə:

Estrada müğənnisi Emma Ələkbərzadə saxtakarlıqla qarşılaşıb.

Mİlli.Az baku.ws-yə istinadən xəbər verir ki, ifaçının kök və arıq fotoları birləşdirilərək, arıqlama dərmanının reklamında istifadə edirlər. Həm də, özündən xəbərsiz.

Bu söhbətlərdən bezdiyi deyən Emma xanım, bir daha dərmansız və əməliyyatsız arıqladığını diqqətə çatdırıb: 

"Saytlardan biri mənim şəkillərimi paylaşıb ki, bəs, Emma xanım dərmanla arıqlayıb. Sözün düzü, bu söhbətlərdən çox bezmişəm. Artıq 10 ildir ki, mən bu çəkidə, bu formadayam. Pəhriz saxlayarkən çox əziyyətlər çəkmişəm. Azərbaycanda dərmansız, əməliyyatsız arıqlayan yeganə müğənniyəm və uzun illərdir bu çəkimi saxlayıram. Heç kim sübut edə bilməz ki, Emma Ələkbərzadə hansısa kənar müdaxila ilə arıqlayıb".