Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib


Digərləri 18 Avq 2018 13:42:00 241 0

Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib

Azərbaycan Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nda və "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişiklik edib.

Son.az Report-a istinadən bildirir ki, dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.