ABŞda şagirdlər arasında atışma:


Digərləri 18 Avq 2018 09:40:00 206 0

ABŞda şagirdlər arasında atışma:

Cümə günü ABŞ-ın Palm-Biç şəhərindəki (Florida ştatı) orta məktəblərdən birinin ərazisində baş vermiş münaqişə zamanı 2 şagird odlu silah yarası alıb.

Son.az bildirir ki, Report-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Palm-Biç dairəsi şerifinin ofisi məlumat yayıb.

Tədris müəssisəsinin stadionunda futbol oyunu zamanı atışma barədə çoxsaylı məlumatlardan sonra məktəbə polis dəstələri cəlb olunub.

"Məktəb ərazisindəki tədbirdə iştirak edən bir qrup şagird mübahisə edib ki, bu da onlardan ikisi arasında atışmaya səbəb olub. Yaralılardan biri məktəb ərazisində aşkar olunub, digəri isə xəstəxanaya aparılıb", - deyə polis idarəsi "Twitter"də yazıb.

Polis hələ ki, yaralıların vəziyyəti, onların adı və yaşı barədə informasiyaya malik deyil.