Venesuelada minimum əmək haqqı 60 dəfə artırılıb


Dünya 18 Avq 2018 08:30:00 249 0

Venesuelada minimum əmək haqqı 60 dəfə artırılıb

Venesuela prezidenti Nikolas Maduro cümə günü "El Petro" kriptovalyutasının dəyərini və avqustun 20-dən ökədə yeni minimal əmək haqqının məbləğini açıqlayıb. Həmin gün Venesuela yeni, denominasiya edilmiş valyutaya - suveren bolivara keçəcək.

Son.az "Report"a istinadən bildirir ki, Maduronun sözlərinə görə, bir "El Petro" 60 dollar (3,6 min yeni bolivar və ya 360 milyon denominasiya edilməmiş bolivar) təşkil edəcək.

Bununla belə, avqustun 17-də "qara bazar"da məzənnə 5,9 milyon köhnə bolivar olub. Hazırkı bolivardan 5 sıfır silinəcək.