Krit mədəniyyətini məhv edən vulkanın yaşı məlum oldu


Digərləri 17 Avq 2018 22:49:00 255 0

Krit mədəniyyətini məhv edən vulkanın yaşı məlum oldu

Arxeoloqlar Krit-Minoy mədəniyyətini məhv edən Santorin adası vulkanının yaşını müəyyən ediblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bunu qədim ağacların yaş halqası vasitəsilə tədqiq edən alimlər "Science Advances" jurnalında məqalə dərc ediblər.

Arxeoloqlar və geoloqlar uzun müddətdir ki, bu hadisənin nə vaxt baş verməsi haqqında mübahisə aparırlar. Əlyazmalar bir tarix, artefakt və digər tarixi abidələr başqa tarixi, radio-karbon analizi  isə tamamilə başqa tarixi göstərirdi.

Vulkan püskürənə qədər Santorin arxipelaqı vahid ada şəklində olub. Eramızdan əvvəl XVII əsrin sonlarında dəhşətli vulkan adanı iki yerə böldü. Adanın bölünməsi sunami dalğalarına səbəb oldu və qonşu Krit adasını batırdı. Eyni zamanda digər adalar da ziyan çəkdi. Bu zərbələr Krit-Minoy mədəniyyətini məhv etdi. Bu kataklizmanın nəticəsi qədim Misirdə və digər dövlətlərdə hiss edildi.