Metronun "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək


Digərləri 17 Avq 2018 18:33:00 262 0

Metronun "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək

"Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində (avqustun 18-19-da) adi qaydada işləyəcək. 

Son.az xəbər verir ki, təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.

Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.