Sahibkarların nəzərinə: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir


Digərləri 17 Avq 2018 14:52:00 279 0

Sahibkarların nəzərinə: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Takelaj anbarında metal rəflər və nərdivanların yığılması üçün mal-materialların açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 21 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 27 avqust 2018-ci il saat 17.00-dək "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 28 avqust 2018-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.