“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb – 85,3%


Digərləri 17 Avq 2018 13:54:10 251 0

“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb – 85,3%

“Türk Hava Yolları” iyul ayı üzrə sərnişin və yük daşımalarının nəticələrini açıqlayıb və bu nəticələrə əsasən aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb – 85,3%.

Bakı. “Türk Hava Yolları” iyul ayı üzrə sərnişin və yük daşımalarının nəticələrini açıqlayıb və bu nəticələrə əsasən aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb – 85,3%. Aviaşirkətdən Trend-ə verilən məlumata görə, daşınan sərnişinlərin sayının artımı iyul ayında da davam edib və bu göstərici 4% artaraq 7,8 milyona çatıb, iyul ayı üzrə yüklənmə səviyyəsi isə 85% təşkil edib. İyulda reyslərin yüklənmə səviyyəsi 1,5 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 2% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 1,7 faiz bəndi artaraq 84,9% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 88% təşkil edib. Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 7% artıb (tranzit sərnişinlər istisna olmaqla). İkirəqəmli artım tendensiyasını davam edərək ötən ilin analoji ayı ilə müqayisədə iyul ayında daşınan yüklərin/poçtun həcmi 20% artıb. Artım əsasən Yaxın Şərq (33%), Avropa (26%), Afrika (26%), Şımalı Amerika (32%) və Uzaq Şərqin (16%) hesabına baş verib. İyul ayında Şimali Amerika, Afrika və Uzaq Şərq üzrə göstəricilər müvafiq olaraq 5,5, 3,5 və 4 faiz bəndi artıb.