Bakıda iki nəfərə xəsarət yetirən şəxs saxlanıldı


Digərləri 17 Avq 2018 13:28:00 226 0

Bakıda iki nəfərə xəsarət yetirən şəxs saxlanıldı

Avqustun 16-da Səbail rayonu ərazisindən Bakı şəhər sakinləri Vüqar Cəfərov və Rövşən İmanquliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsgəndərov saxlanılıb.