“Azərxalça”nın Xaçmaz filialında 100-cü xalça kəsilib (FOTO)


Digərləri 17 Avq 2018 13:16:23 237 0

“Azərxalça”nın Xaçmaz filialında 100-cü xalça kəsilib (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu ilin mayında istifadəyə verilən Xaçmazdakı filialının xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu ilin mayında istifadəyə verilən Xaçmazdakı filialının xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib. Bu barədə Trend-ə ASC-dən məlumat verilib. Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmazdakı filialında əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.