Millət vəkili: Yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilməlidir


Digərləri 17 Avq 2018 12:56:00 235 0

Millət vəkili: Yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilməlidir

Yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilməlidir.

Son.az bildirir ki, bu barədə Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, son illərdə artıq cəmiyyətdə daha çox insan yas mərasimlərinin, ehsan süfrələrinin təmtəraqdan uzaq, islami qaydalara uyğun olaraq sadə və israfçılığa yol vermədən keçirməyi daha məqsədəuyğun hesab edirlər:

"Respublikamızın müxtəlif bölgələrində artıq yas mərasimlərinin sadə və israfçılıqdan uzaq, islami qaydalara uyğun aparılması qəbul edilmişdir. Əvvəllər yas sahibləri 3, 7, 40, il mərasimləri və cümə axşamları üçün xeyli vəsait xərcləməli olurdular. İndi az bir məsrəflə yas mərasimini təşkil etmək mümkündür. Yas mərasimlərinin təmtəraqdan uzaq, israfçılığa yol vermədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən qane edir, mərasimi ailə büdcəsinə uyğun olaraq artıq xərc çəkmədən təşkil etməyə imkan verir".