Almaniyada sərnişin avtobusu arxa aşdı


Dünya 17 Avq 2018 12:44:00 245 0

Almaniyada sərnişin avtobusu arxa aşdı

Almaniyada "Flixbus" şirkətinə məxsus avtobus qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, insident Rostok şəhərində qeydə alınıb.

Magistralda hərəkət edən avtobus yoldan çıxaraq arxa aşıb. Qəza nəticəsində 6 nəfər ağır yaralanıb, daha 10 nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Hazırda magistral yolun Berlin istiqamətində olan hissəsində hərəkətin bağlı olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmaya başlayıb.