Ermənistanın sabiq baş nazirinin qızının evində


Digərləri 17 Avq 2018 11:38:00 206 0

Ermənistanın sabiq baş nazirinin qızının evində

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş baş nazir Ovik Abramyanın qızının evində axtarış aparıblar.

Son.az Report-a istinadən bildirir ki, bir neçə gün öncə O.Abramyanın doğma kəndi Mxçyanda, o cümlədən, ona məxsus şərab-konyak zavodunda axtarışlar həyata keçirilib.

Zavodda silah və döyüş sursatı aşkar edilib. Həmçinin O.Abramyanın qardaşı Conik Abramyan da saxlanılıb.