İmaməli Rəhman bu türk dövlətinə getdi


Dünya 17 Avq 2018 10:54:00 266 0

İmaməli Rəhman bu türk dövlətinə getdi

Tacikistan Prezidenti İmaməli Rəhman 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib.

Son.az Report-a istinadən bildirir ki, onu Daşkəndə Özbəkistan Prezidenti Şövkət Mirziyayev dəvət edib.

Özbəkistan mətbuatı yazıb ki, iki ölkə başçısının görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat və rabitə, turizm, mədəniyyət, humanitar sahələrdə və regionlararası əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.