Təyyarə qəza enişi edib


Dünya 17 Avq 2018 08:33:00 266 0

Təyyarə qəza enişi edib

Çinin "Xiamen Airlines" aviaşirkətinin "Boeing-737-800" təyyarəsi Filippinin paytaxtı Manilada qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, qəza enişi edən təyyarə Syamen-Manila reysini həyata keçirirdi.

Məlumata əsasən, təyyarə eniş etmədən öncə bir saata yaxın hava limanının üzərində uçub. Eniş edəndən sonra təyyarə uçuş-eniş zolağından kənara çıxıb.