İlin sonunadək Gəncədə 30 küçəyə asfalt döşənəcək FOTO


Digərləri 16 Avq 2018 22:28:00 326 0

İlin sonunadək Gəncədə 30 küçəyə asfalt döşənəcək  FOTO

Gəncədə şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işləri uğurla icra edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1600 diametrlik əsas kollektor xəttinin 80 faizi artıq hazırdır. Şəbəkə işlərinin isə 60 faizə yaxını yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb.


Xəbərə aid fotolar