Ürəyi stresdən qoru


Digərləri 16 Avq 2018 22:02:00 307 0

Ürəyi stresdən qoru

Orqanizmimiz hər zaman diqqət, qulluq tələb edir. Bunun üçün də tək həkim müayinəsindən keçib, dərman qəbul etmək kifayyət deyil. Bəzən ev şəraitində hazırlayacağınız məlhəmlər də sizlərə kömək edə bilər.

Son.az axşam.az-a istinadən lazımlı məsləhətlər təqdim edir: Ürəyi stresdən qoru

Stres sinir sistemlərinə təsir etməklə yanaşı ürəyin fəaliyyətini də pisləşdirir. Stres zamanı ürəyi qorumaqla yanaşı onun fəaliyyətini daha da yaxşılaşdırmaq üçün aşağıdakı fitoqarışıqdan istifadə etmək məsləhətdir: Yemişan (2 xörək qaşığı), may inciçiçəyi (2 xörək qaşığı), bataqlıq qurucası (2 xörək qaşığı), mayaotu (1 xörək qaşığı), nanə (1 xörək qaşığı) və pişikotu kökü (2 xörək qaşığı) götürüb qarışdır. Qarışıqdan 3 xörək qaşığı götürüb, 800 ml. qaynar suya töküb, 2 dəqiqə qaynatdıqdan sonra 1 saat saxla. Bu qarışıqdan gündə 4 dəfə 60 ml. qəbul et.

Diş ağrısına qarşı sarımsaq

Əgər dişlərin ağrıyırsa, onu sarımsaqla sağalda bilərsən. Bunun üçün 1 stəkan qaynar çay süzüb, içərisinə sürtgəcdən keçirilmiş 2 diş sarımsaq at. Sonra dişlərini onunla qarqara et. 10 dəqiqədən sonra dişağrısı yox olacaq.