Çox ucuz qiymətlərlə səyahət etmək


Digərləri 16 Avq 2018 21:25:00 235 0

Çox ucuz qiymətlərlə səyahət etmək

Yay tətilidir və istirahət etmək hər kəsin arzusudur.

Son.az islaminsesi.info-ya istinadən sizə çox ucuz qiymətlərlə necə səahət etmək olar sualına cavab verəcəcək məqaləni təqdim edir.

İlk  öncə onu deyək ki, səyahət zamanı ən çox pul aparan məsələ nəqliyyatdı. Məsələn, təyyarə ilə 300 dollara getdiyiniz yolu, bir az zaman xərcləməklə 100 dollara gedə bilərsiniz.

Bundan əlavə bəzən A şəhərindən B şəhərinə birbaşa uçuş bahalı olur. Ondan siz A şəhərindən C şəhərinə gedərək, oradan B-ə uçaraq çox ucuz halda bu məsələni həll edə bilərsiniz.

Avtomobil çox rahat nəqliyyatdı. Amma şəhər daxili sərf edici deyil. Çünki onu park etmək üçün də,  icarə üçün də çoxlu pul ödəməlisiniz. Ən yaxşısı velosiped kirayələmək lazımdır.