Bu dayancaqdan istifadə


Digərləri 16 Avq 2018 21:09:00 251 0

Bu dayancaqdan istifadə

Bakıda tikinti aparmaq məqsədi ilə dayanacaq ərazisi zəbt edilib. Bununla bağlı vətəndaşlar Bakı Nəqliyyat Agentliyinə məlumat veriblər. Ərazi baxış keçirilib və həqiqətən də dayanacağın ərazisinin zəbt edilməsi ilə yanaşı həm də ona xeyli zərər vurulduğu aşkar edilib.

Dayanacağın ətrafı hasarlanaraq zəbt edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər paytaxtın Xətai rayonu, İnqilab İsmayılov küçəsindəndir. Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev ''Xəzər Xəbər''əbildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, həqiqətən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb.

Çəkiliş zamanı şahidi olduq ki, ərazidəki bu vəziyyətə görə heç bir avtobus burda dayanmır. Sərnişinlər də belə vəziyyətdə çətinlik çəkdiklərini deyirlər.


Xəbərə aid video