Sarkisyanın partiyası Rusiya ilə Ermənistan arasında


Dünya 16 Avq 2018 20:12:00 230 0

Sarkisyanın partiyası Rusiya ilə Ermənistan arasında

"Xarici siyasətdə, Ermənistan-Rusiya münasibətlərində hər şey yaxşı deyil, halbuki tam tərsi bəyan edilir, Ermənistanın maraqlarının ziddinə olan problemlər yaranıb. Paşinyan hökuməti "pinq-ponq" siyasəti yürüdür, 102-ci Rusiya hərbi bazası ilə, KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamlarla, Sergey Lavrovun bəyanatı ilə bağlı problemlər yaranıb".

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu bu gün Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

O vurğulayıb ki, Ermənistan üçün bir nömrəli məsələ korrupsiya ilə mübarizə, inqilab və əks-inqilab məsələləri deyil, ölkənin təhlükəsizliyi, Avrasiya İqtisadi Şurası və KTMT çərşivəsində əməkdaşlığın dərinləşdirilməsidir.

"Paşinyan bunu bacaracaqsa, qoy etsin, yerdə qalanlar isə ikinci dərəcəli məsələlərdir", - Şarmazanov söyləyib.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti siyasi nihilizm yolu ilə gedir.

"Paşinyanın iki yolu vardı - hökumət başçısı olmaq, yaxud da inqilabi komitəyə rəhbərlik etmək, düşünürəm ki, o ikinci yolla gedir. Hökumətlər pis şeyləri geridə qoyur, yaxşıları götürərək irəli gedir, inqilabi komitə isə, bolşeviklər kimi, hər şeyi silir - yaxşını da, pisi də. Bu gün aydırdır ki, Paşinyan hökuməti siyasi nihilizm yolu ilə irəliləyir", - Şarmazanov bildirib.