Mari Xuana aşiq oldu: Gürcüstanın


Dünya 16 Avq 2018 19:41:00 254 0

Mari Xuana aşiq oldu: Gürcüstanın

30 ilə yaxındır ki, bütün keçmiş sovet respublikaları sosializmdən imtina edərək, işıqlı kapitalizm sabahına qədəm qoydular. Lakin hərədə bir cür alındı. Yoxsulluq, bərabərsizlik, korrupsiya, aşağı əmək məhsuldarlığı, maliyyə piramidaları - bu respublikalardan hər birinin kiçik yaxud böyük dərəcədə ümumi problemləri var. Lakin neftin olduğu ölkələr - Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda vəziyyət az-çox daha uğurlu oldu. Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Alpari" analitik departamentinin direktoru, Rusiyanın ən nüfuzlu maliyyə təhlilçilərinin TOP-10-luğuna daxil olan Aleksandr Razuvayev bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda hər kəs özü qazanmalıdır. Keçmiş sovet respublikalarının əksəriyyətində sovet sənayesinin qalıq nəhəngləri və ucuz, tez-tez isə heç bir hüququ olmayan işçi qüvvəsindən başqa heç nə yoxdur. Lakin görünür Gürcüstan qlobal iqtisadiyyatda yerini tapıb və ola bilsin digər MDB ölkələri, o cümlədən Baltikyanı ölkələr onun nümunəsindən istifadə edəcəklər.

Gürcüstanın Konstitusiya məhkəməsi iyulun 30-da "Yeni siyasi mərkəz - Qirçi" partiyasının liderləri Zurab Caparidze və Vaxtanq Meqrelişvilinin Gürcüstan parlamentinə qarşı iddiasını qəbul etdi və marixuanadan istifadəyə görə mövcud yeganə cəzanı - 204 dollar və daha artıq məbləğdə cəriməni ləğv etdi. Beləliklə, Gürcüstanda marixuananın istehlakı qanuniləşdirildi. Gürcüstan ümumi beynəlxalq trendə uyğunlaşır

Razuvayevin fikrincə, hazırda ABŞ-da leqal marixuana bazarının həcmi 6 mlrd. dollara yaxındır.