Bakıda avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü


Digərləri 16 Avq 2018 18:12:00 265 0

Bakıda avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü

Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.

Son.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə bildirib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır.

Qeyd edək ki, bundan əvvəl vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.


Xəbərə aid fotolar