İranda ailə qurmaq istəyən qızlar bu yaşda olmalıdır


Digərləri 16 Avq 2018 17:32:00 265 0

İranda ailə qurmaq istəyən qızlar bu yaşda olmalıdır

İran Parlamentinin Qadın qrupu uşaq evliliklərinə son qoyulması məqsədilə 16 yaşı tamam olmayan qızların evliliyini qadağan edən qanun layihəsi hazırlayıb.

Son.az qaynarinfo.az-a istinadən bildirir ki, parlamentin qadın qrupunun üzvü Təyyibə Siyavuşi yerli mətbuata açıqlamasında sözügedən qanun layihəsinin önümüzdəki həftələrdə müzakirəyə çıxarılacağını bildirib.

Mövcud qanunvericilikdə evlilik yaşının qızlarda 13, oğlanlarda isə 15 olduğunu vurğulayan Siyavuşi valideynlərin razılığı olduğu təqdirdə 13 yaşı tamam olmamış qızaların da evləndirilməsinə heç bir maneənin olmadığına diqqət çəkib.