Bakıda metroda yuxuya gedən şəxsi soydular (FOTO)


Digərləri 16 Avq 2018 17:23:00 225 0

Bakıda metroda yuxuya gedən şəxsi soydular (FOTO)

Beyləqan rayon sakini 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə polisə müraciət edib.

Bakı. Beyləqan rayon sakini metronun “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər. Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.