Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb


Digərləri 16 Avq 2018 15:19:54 205 0

Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin birinci yarısında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 191,6 milyon manatlıq məhsul istehsal edilib. Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 31,3 dəfə artıb, maşın və avadanlıqların istehsalı 15,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.