Cavab atəşi: Rusiya ən sürətli və qorxunc


Dünya 16 Avq 2018 15:06:00 254 0

Cavab atəşi: Rusiya ən sürətli və qorxunc

Rusiyanın Kazan şəhərindəki S.P.Qorbunov adına aviasiya zavodunda yeni TU-22M3M təyyarəsinin təqdimat mərasimi keçirilib.

Son.az TASS-a istinadən bildirir ki, hazırda Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) heyətində olan, dəyişən oxformalı qanadlı Tu-22M3 raketdaşıyıcı-bombardmançı təyyarənin modernləşmiş modelinin ilk uçuşu sentyabr ayında olacaq. Rusiyanın HKQ-sinə ilkin mərhələdə 30 Tu-22M3M veriləcək.

Bu təyyarələr sutkanın istənilən vaxtında, istənilən meteoşəraitdə yerüstü və dəniz hədəflərinin səsdən sürətli, idarə olunan raket və bombalarla vurulması üçün nəzərdə tutulub.

TU-22M3M nüvə silahı da daşıya bilir.

Hazırda Rusiyanın HKN-ində 60 Tu-22M3 və Tu-22MR təyyarəsi var.