Maqsud Məmmədovun məzarı ziyarət olunub FOTO


Digərləri 16 Avq 2018 14:29:00 266 0

Maqsud Məmmədovun məzarı ziyarət olunub  FOTO

"ALYANS" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin İdarə heyətinin üzvləri "ALYANS"ın ilk sədri və Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı Maqsud Əlövsət oğlu Məmmədovun qəbrini ziyarət ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, mərhumun məzarı önünə əklillər qoyulub və onun əziz xatirəsi yad edilib. Ziyarətçilər M.Məmmədovun fəaliyyəti və onun Azərbaycan xüsusi xidmət orqanlarının inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, M.Məmmədov hər zaman Azərbaycana sonsuz sevgi bəsləyib, Vətən yolunda hər zaman böyük fədakarlıqlar göstərib.


Xəbərə aid fotolar