Paytaxtda 36 ədəd su nasosu oğurlayan şəxs saxlanılıb (FOTO)


Digərləri 16 Avq 2018 13:16:00 221 0

Paytaxtda 36 ədəd su nasosu oğurlayan şəxs saxlanılıb (FOTO)

Paytaxtın mərkəzi küçələrində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxsin ifşa edilməsi istiqamətində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bakı. Paytaxtın mərkəzi küçələrində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxsin ifşa edilməsi istiqamətində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə rayon ərazisində mənzillərin girişində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Səfərov saxlanılıb. Araşdırma zamanı onun Səbail və Nəsimi rayonlarında ümumilikdə 36 ədəd su nasosu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və şəhərin müxtəlif yerlərində satdığını etiraf edib.