Bakı, Salyan, Hacıqabul və Saatlıda yerləşən təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır (FOTO)


Digərləri 16 Avq 2018 12:31:00 266 0

Bakı, Salyan, Hacıqabul və Saatlıda yerləşən təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır (FOTO)

Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilir.

Bakı. Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmətdən Trend-ə verilən məlumata görə, dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin təmizliyinə fikir verilib. Mexaniki təmizlikdən sonra dezinfeksiyanın asan və yaxşı getməsi üçün hər kvadrat metr sahəyə 0,5 litr 1 faizli kaustik soda məhlulu ilə çiləmə aparılıb. Profilaktik dezinfeksiya məqsədilə almerdehyde, ektosan və 5 faizli kaustik soda məhlullarından istifadə edilib. Dezinfeksiya məhlulları obyektlər üzərinə güclü axın halında və ya xırda damlalar şəklində səpilib.