PKKçı qadınların təcavüz etirafları:


Digərləri 16 Avq 2018 12:28:00 248 0

PKKçı qadınların təcavüz etirafları:

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində ağır zərbələr alan PKK terror təşkilatının 1 il ərzində təslim olan 297 qadın üzvünün ifadələri sənədləşdirilib.

Son.az bildirir ki, sənəddəki ifadələr qadın terrorçuların yaşadıqları faciələri ortaya qoyub.

Terrorçu lider Duran Qalxanın düşərgələrində xidmət edən qadınlar başçılarını "Manyak Abbas" adlandırıb.

Silav Qarzan:

"Kandildə təcavüzə qarşı çıxdığı, ya da təcavüzə məruz qaldığı üçün edam edilənlər ilə yaşadıqlarına tab gətirə bilməyib intihar edən qadınların sümüklərini düzsələr, kəndlərindən Kandilə qədər uzanar. Təşkilatın qadın qolu YJA STAR-ın başında duran qadınlar həmcinslərinin kişi idarəçilər tərəfindən cinsi kölə kimi istifadə edilməsinə göz yumur".