Kiçik Ermənistanın böyük iştahası – qonşu ölkələrə ərazi iddiaları davam edir


Digərləri 16 Avq 2018 11:34:15 211 0

Kiçik Ermənistanın böyük iştahası – qonşu ölkələrə ərazi iddiaları davam edir

Görünür, Ermənistan rəhbərliyi ac xalqın qarnını belə sərsəm xülyalarla doydurmaq niyyətindədir.

Bəxtiyar Hacıyev – Tarixi Azərbaycan torpaqlarında yaradılan, Dağlıq Qarabağ və ətraf 7 rayonumuzu işğal altında saxlayan Ermənistan hazırda da Azərbaycan Respublikasına qarşı ərazi iddialarını, təcavüzkar siyasətini davam etdirir. Lakin Yerevan bununla kifayətlənmək niyyətində deyil. Ara-sıra digər qonşu ölkələrə də ərazi iddialarını gizlətməyən Ermənistan bu “missiya”nı müxtəlif təbliğat yolları ilə xalqın beyninə yeridir, məktəb dərsliklərinə qondarma “böyük Ermənistan”la bağlı mövzular salınır, insanların daha çox olduğu yerlərdə müvafiq plakatlar asılır. Təsadüfi deyil ki, bu yaxınlarda Yerevanın mərkəzində, “Respublika meydanı” metro stansiyasında “15 regiondan ibarət böyük Ermənistan”ın “xəritə”sinin əks olunduğu plakat asılıb. İştahaya bax – 15 region! Həmin qondarma xəritədə Azərbaycanla yanaşı, Türkiyə, İran və Gürcüstana qarşı da ərazi iddiaları açıq-aşkar öz əksini tapıb. Fotonu amerikalı analitik Coşua Kuçera “Tvitter”dəki səhifəsində yerləşdirib: Deməli, hər gün minlərlə erməni bu plakatın altından keçir və alt şüuruna “böyük Ermənistan” xülyası yeridilir. Görünür, Ermənistan rəhbərliyi ac xalqın qarnını belə sərsəm xülyalarla doydurmaq niyyətindədir.