Bu il Azərbaycanda boşanmaların sayı 7 mini keçib


Digərləri 16 Avq 2018 11:02:00 288 0

Bu il Azərbaycanda boşanmaların sayı 7 mini keçib

2018-ci ilin altı ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 27 525 nikah qeydə alınıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin altı ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 27 525 nikah qeydə alınıb. Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində boşanma hallarının sayı isə 7219 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.