Google istifadəçiləri izləyir


Digərləri 16 Avq 2018 08:51:00 256 0

Google istifadəçiləri izləyir

Associated Press saytı Google şirkəti barəsində olan maraqlı tədqiqatını yekunlaşdırıb. Həmin tədqiqata əsasən şirkətin, Android və iOS əməliyyat sistemli smartfonlar üçün nəzərdə tutulmuş servisləri hətta istifadəçinin öz yerinin təyin olunması funksiyasını deaktiv etməsi halında da onun GPS məlumatlarını özlərində saxlayırlar.

Google şirkəti öz növbəsində bildirib ki, istifadəçi Location History funksiyasını deaktiv etdikdə şirkət onun yerini və hərəkət istiqamətləri barəsində məlumatları saxlamır. Associated Press saytının fikrincə isə bu heç də belə deyil. Belə ki, hətta Location History funksiyasının deaktiv olunması halında da şirkətin bəzi servisləri avtomatik olaraq istifadəçinin xəbəri olmadan onun yerləşdiyi yer barəsində məlumatı özlərində saxlayırlar.

Son.az technote.az-a istinadən bildirir ki, istifadəçinin harda olduğunu şirkət istifadəçi tərəfindən işə salınmış Maps və ya gündəlik Android-ə gələn hava proqnozu məlumatları vasitəsilə təyin edə bilər. Bununla yanaşı məlumata əsasən şirkət istifadəçinin yerləşdiyi yeri hətta onun axtarış sistemindəki axtarış sorğuları sayəsində də təyin edə bilər. Halbuki ilk baxışdan axtarış sistemindəki axtarış sorğuları ilə istifadəçinin yerləşdiyi yer arasında heç bir əlaqə olmamalıdır.