WhatsAppda daha bir yenilik


Digərləri 16 Avq 2018 08:41:00 236 0

WhatsAppda daha bir yenilik

"WhatsApp" messencerində istifadəçilərin yazışmasında "ent-to-end" şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan "Facebook" şirkəti "WhatsApp"ı bu texnologiyadan imtina etməyə məcbur edib.   Son.az ICTnews-a istinadən bildirir ki, "Facebook" şirkətinin təsisçisi olan Mark Zukerberq, öz növbəsində, deyib  ki, amerika hökuməti sosial şəbəkələrə qarşı belə tələb irəli sürüb.   "End-to-end" şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.   Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.