Kondisioner ölümcül sətəlcəmə səbəb ola bilər


Digərləri 15 Avq 2018 23:45:00 262 0

Kondisioner ölümcül sətəlcəmə səbəb ola bilər

İsti havalarda fasiləsiz işlətdiyimiz kondisioner əslində ölümə səbəb ola bilər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, yaxşı təmizlənməyən kondisionerlər ölümcül sətəlcəmə səbəb olur. Bundan başqa isə yaxın məsafədən soyuq hava axınına məruz qalmağın isə üzün iflicinə, astmaya və digər xəstəliklərin yaranmasına səbəb olma ehtimalı yüksəkdir.

Kondisioner vasitəsilə yaranan xəstəliklərdən ən geniş yayılanı "legionella pnomonisi" xəstəliyidir. Bu bakteriyalar kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə artaraq otağın havasına yayılırlar.

Bu bakteriyalar mərkəzi havalandırma, isitmə-soyutma sistemlərinin istifadə edildiyi bütün məkanlardakı kondisioner sistemlərinin içinə yerləşərək çoxala bilirlər.

Bakteriyalara məruz qalan fərdlərin 5%-ində xəstəlik üzə çıxır. Normal immunitet sistemi olan insanlarda isə xəstəlik üzə çıxmır.