İşığa necə qənaət edək?


Digərləri 15 Avq 2018 20:09:00 256 0

İşığa necə qənaət edək?

Son günlər vətəndaşların çoxu elektrik enerjisinə necə qənaət etmək barədə müzakirə edir. İndi hər kəsi düşündürən suallardan biri də enerjiyə necə qənaət etməklə bağlıdır. Təqdim edəcəyimiz kiçik məsləhətlərə əməl etməklə enerji sərfiyatına müəyyən dərəcədə qənaət edə bilərsiniz.

Son.az matbuat.az-a istinadən, bunlardan bir neçəsini diqqətinizə çatdırır:

Evinizin işıqlandırılmasında enerjiyə qənaət edən lampalardan istifadə olunmalıdır. Bunlara süd lampaları da deyilir. Belə lampalar qənaətcil və uzunömürlüdür. Həmin lampalardan mənzildən taxmağa çox da üstünlük verməyin, çünki nisbətən göz qişalarına zərərlidir. Onu həyətdə, hamam və ayaqyolundan taxmaq daha məqsədəuyğundur.

Daha sonra elektrik şəbəkəsi vasitəsilə də enerjiyə qənaət etmək olar. Məsələ burasındadır ki, elektrik şəbəkəsinə qoşulmuş üçlük və uzadıcılar da enerjiyə müqavimət göstərərək daha çox sərfiyyata səbəb olur. Hətta sönük halda belə həmin qurğular enerji sərf edir. Bu səbəblə, istifadə etmədiyiniz təqdirdə, həmin şəbəkələri söndürmək məsləhət olunur.

Televizor, musiqi cihazları və DVD-lər də sönük halda belə "standby" rejimində enerji istifadə edirlər. Bu, cihazın enerji şəbəkəsinə qoşulmuş olduğunu göstərən işıqdır. Sönük halda "standby" rejimində olan hansısa cihaz 1 saat ərzində 11 Vt enerji sərf edir. Nəticədə, bir aydan sonra büdcəmizə ziyan edəcək rəqəmlər ortaya çıxır.

Bundan başqa, elektrik enerjisinə qənaət üçün çilçıraqdakı lampaların sayını azaldın. Evdəki lampaları tez-tez silin, bu işıqlandırmanı daha yaxşı edir.