Türkiyənin ABŞa qarşı tətbiq edəcəyi əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq


Dünya 15 Avq 2018 19:44:00 238 0

Türkiyənin ABŞa qarşı tətbiq edəcəyi əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq

Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

"ABŞ Türkiyənin mühüm, amma yeganə olmayan ticarət tərəfdaşıdır. Ankaranın həmişə müxtəlif alternativ bazarlara çıxış imkanı var. ABŞ-dan idxal edilən 22 adda mala görə rüsumları iki dəfə artırdıq, əlavə rüsumların həcmi 533 milyon dollar təşkil edəcək", - nazir deyib.