Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür (ÖZƏL)


Digərləri 15 Avq 2018 17:29:54 247 0

Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür (ÖZƏL)

Azərbaycanda ərzaq məhsullarının keyfiyyətinin monitorinqi üçün mobil proqram işə salınıb

Bakı. Hüseyn Vəliyev - Azərbaycanda ərzaq məhsullarının keyfiyyətinin monitorinqi üçün mobil proqram işə salınıb. Bunu Trend-ə “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib. “TUT” mobil proqramı Azərbaycan Ərzaq Təhlükəsizliyi Agentliyinin təşəbbüsüdür, “Neuron Technologies” isə mobil distributivin müəllifidir. “TUT” proqramı “Android” və “İOS” əməliyyat sistemləri ilə işləyən mobil qurğularda tam funksionaldır.