Porno saytları Elektron Təhlükəsizlik Xidməti bloklayıb –


Digərləri 15 Avq 2018 16:00:00 499 0

Porno saytları Elektron Təhlükəsizlik Xidməti bloklayıb –

Ölkə ərazisində girişi məhdudlaşdırılan "Xvideos", "Xnxx" kimi video-portallarla bağlı rəsmi açıqlama verilib.

Son.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır. 

Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir:

"Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir.