Rusiya və Gürcüstan sərhədində görünməmiş tıxac:


Digərləri 15 Avq 2018 15:30:00 269 0

Rusiya və Gürcüstan sərhədində görünməmiş tıxac:

Yay tətilini gürcü kurortlarında keçirmək istəyən turistlərin axını Rusiya-Gürcüstan sərhədinin "Yuxarı Lars" keçidində bir neçə kilometrlik tıxaclar yaradıb.

Son.az oxu.az-a istinadən bildirir ki, yolda minlərlə avtomobil qalıb.

Dünən səhərə olan məlumata görə, sərhədi keçmək üçün gözləmə vaxtı təxminən 12 saat olub. Bildirilir ki, "Yuxarı Lars - Kazbeqi" nəzarət-buraxılış məntəqəsi hər il gücləndirilmiş iş rejiminə keçir. Bu dövrdə Rusiyadan Gürcüstana avtomobi trafiki kəskin artır.

Bundan başqa, Gürcüstandan tranzitlə Ermənistana gedənlər də həmin məntəqədə tıxacın daha da artmasına səbəb olur: Hərbi-Gürcüstan yolu Rusiyadan bu ölkəyə yeganə quru yoludur.