Ən bahalı, zirehli "Tank" satılır


Digərləri 15 Avq 2018 15:10:00 395 0

Ən bahalı, zirehli "Tank" satılır

ABŞ-da fəaliyyət göstərən, "Beast" adlı hiperkarı ilə məşhur olan "Rezvani Motors" "Tank" adlı zirehli off-rouderinin yeni versiyasını təqdim edib.

Son.az bildirir ki, "Rezvani Tank Military Edition" modeli "ekstremal-taktiki maşın" adlanır. Kuzovu atıcı silahdan tam müdafiəni təmin edən B7 tipli zirehlə örtülmüş maşında gülləkeçirməyən şüşələr, istilik vizoru, yanğınsöndürmə sistemi, tüstü "səddi" yaradan qurğu, gücləndirilmiş asqı və s. var.

Adi "Tank" 500 at gücündə 6,4 litrlik V8 mühərriki ilə təchiz olunursa, "Military Edition"da "Dodge" superkarlarındakı 717 at güclü "Hellcat" mühərriki var.

"Rezvani Motors"un sahibi Ferris Rezvaninin dediyinə görə, "Tank"ın ekstremal modifikasiyası "məşhər zamanı sağ qalmaq üçün əla vasitə"dir.