Mədəniyyət Nazirliyindən reyd:


Digərləri 15 Avq 2018 14:00:00 278 0

Mədəniyyət Nazirliyindən reyd:

Mədəniyyət müəssisələrində xeyli məbləğdə ezamiyyə haqqı işçilərə verilməyib.

Son.az bildirir ki, Azərbaycan Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri nəticəsində aşkar olunub.

Azərbaycan Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib, eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib.