Sürücülər bu yolda diqqətli olsunlar!


Digərləri 15 Avq 2018 12:24:00 229 0

Sürücülər bu yolda diqqətli olsunlar!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-50 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Son.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.