12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 15 Avq 2018 10:19:39 246 0

12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondunun, BMT-nin Uşaq Fondu (UNİCEF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Respublikasının Gənclər Fondunun, BMT-nin Uşaq Fondu (UNİCEF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirin açılışında BMT-nin baş katibi Antonio Quterreşin və BMT-nin Gənclər üzrə elçisi Cayatma Vikramanayakenin video-təbriki və Beynəlxalq Gənclər Günü devizi altında Bakı şəhərində təşkil edilmiş əyləncəli tədbirlərin qısa video xülasəsi iştirakçılara nümayiş etdirilib. Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərimizin beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusilə də Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində gənclərə təklif edilən dəstək alətləri barədə məlumat verib. F.Cəfərov öz çıxışında bildirib ki, bu gün Azərbaycan dövləti öz gəncliyi ilə fəxr edir və hazırda ölkə gəncləri daha sürətli inkişafla irəliləyir.