Mayziya polisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə göndərilən


Dünya 15 Avq 2018 09:46:00 277 1

Mayziya polisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə göndərilən

Malayziyanın hüquq-mühafizə orqanları ölkənin ABŞ-dakı səfirliyinin bir neçə əməkdaşını parlament seçkiləri ərəfəsində Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) ünvanlanmış məktubun ictimailəşməsi ilə əlaqədar dindirəcək.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 14-də bu barədə Milli Polis İdarəsinin rəisi Mohamməd Fuzi Harun bəyanatla çıxış edib.

"Biz dindirilmə üçün əməkdaşların geri dönməsini gözləyirik. Bu işlə əlaqədar Malayziyanın Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri xanım Hasana Həmid də dindirilib", -deyə M.F.Harun bildirib. Onun sözlərinə görə, təhqiqat əsasən məktubun mətni barədə informasiyanın sızması ilə əlaqədar aparılır.