Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaqlar


Digərləri 15 Avq 2018 07:57:00 234 0

Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaqlar

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə Xəzəryanı ölkələr arasında protokol imzalanacaq.

Son.az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, həmin protokol əsasında Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları, sərhəd qoşunları brakonyerliyə qarşı birgə tədbirlər həyata keçirəcəklər.

İnstitut direktoru qeyd edib ki, nərəcinsli balıqların populyasiyasının artımına nail olmaq üçün onların qanunsuz ovunun da qarşısı alınmalıdır. Bunun üçün isə regional səviyyədə birgə səylər göstərilməli, Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları birgə əməkdaşlıq etməlidir.