Qazaxıstanın iqtisadiyyatı 4 faiz böyüdü


Dünya 14 Avq 2018 22:42:00 233 0

Qazaxıstanın iqtisadiyyatı 4 faiz böyüdü

Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Suleymenov Nazirlər Kabinetinin toplantısında etdiyi çıxışında 2018-ci ilin yanvar-iyul dövründə Ümumi Daxili Məhsulun 4 % artdığını qeyd edərək:"İnflyasiya təzyiqinin zəifləməsi, yüksək sərmayə fəallığı və əsas sektorlardakı iqtisadi proseslərki  dinamika böyüməyə müsbət təsir etdi" dedi.    Nazir yeni ildə inflyasiya nisbətinin 27%, illik inflyasiya nisbətinin isə 5,9 % olduğuna diqqət çəkdi.    Suleymenov avqustun 1-dən etibarən Qazaxıstsnın beynəlxalq resurslarının 87,7 milyard dollara çatdığını xatırlatdı.    Qazaxıstan Statistika Komitəsindən verilən açıqlamada isə yanvar-iyul aylarında sənaye istehsalının ötən ilin eyni dövrünə nisbətən 5,1% artaraq, 15 milyard 504 milyon tenge səviyyələrinə çatdığı bildirildi.    Açıqlamada bu ilin 6 ayında neft istehsalının da keçən ilin eyni dövrünə görə 7,5 % artımla 45 milyon ton olduğu qeyd edildi. Son.az